Tarix : 2017 Mar 14
Kod 51384

Hindistanlı ruhanilərdən Şeyx Sərdara dəstək

Azərbaycanda təkfirçi qüvvələrin fəaliyyətinin güclənməsinin bu ölkənin təhlükəsizliyini aradan qaldırıb mənafeyinə zidd olduğu bir vaxtda, həmin şiə ruhani və alimlərin təbliğatı sağlam düşüncə, həqiqi İslam təlimləri əsasında, milli mənafe və bu ölkə xalqının inkişafına xidmət edir.
Arannews- Bir qrup Hindistanlı ruhani Azərbaycan Ruhanilər Məclisinin üzvi, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin azadlıq tələbi ilə bəyanat yayıb.
Hindistanının “Sada-e Hussaini” qəzetində dərc olmuş bəyanatda bildirilir:
 “Son illər Azərbayan Respublikasında şiə ruhaniləri və tanınmış alimlərin hökumət tərəfindən həbs edildiyini müşahidə edirik. Azərbaycanda təkfirçi qüvvələrin fəaliyyətinin güclənməsinin bu ölkənin təhlükəsizliyini aradan qaldırıb mənafeyinə zidd olduğu bir vaxtda, həmin şiə ruhani və alimlərin təbliğatı sağlam düşüncə, həqiqi İslam təlimləri əsasında, milli mənafe və bu ölkə xalqının inkişafına xidmət edir.
Onların həbsi Azərbaycanda söz azadığı və azad düşünmək hüququnun pozulduğunun göstəricisidir. Biz Azərbaycan Respublikasının məsul şəxslərindən həbs olunan şiə ruhanilərini, xüsusilə, Sərdar Hacıhəsənlini sərbəst buraxılmasını istəyirik.
Hindistandan olan bir qrup ruhani".


  • Yazılıb
  • da (də) 2017 Mar 14
  • Göndərən مدير سايت Aran News