Tarix : 2017 Mar 14
Kod 51385

Sərkisyanın Putindən İstəyi

O, belə bir kompleksin yaradılmasının Gümrüdəki sosial-iqtisadi vəziyyəti normallaşdıracağını ...
Arannews- Ermənistan və Rusiya Gümrüdə birgə müdafiə sənaye kompleksinin yaradılmasını müzakirə etməlidirlər.
bu sözlər Ermənistan Prezidenti Serj Sərkisyanın “İzvestiya” qəzetində dərc edilən məqaləsində yer alıb. O, belə bir kompleksin yaradılmasının Gümrüdəki sosial-iqtisadi vəziyyəti normallaşdıracağını söyləyib, bunun təhlükəsizlik, ölkədə demokratiyanın inkişafı və partlayışa hazır olan regiondakı stabilliyin təminatı üçün lazımlı olduğunu bildirib.
Qeyd edək ki, Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir. Bu baza 1995-ci ildən rəsmən ölkədə mövcuddur. Bazanın tərkibində S-300 sistemləri, Buk-M1-2 sistemləri, MiQ-29 təyyarələri və təxminən 5 min hərbçi var. 2010-cu ildə İrəvan və Moskva arasında imzalanan müqaviləyə əsasən, 102-ci baza Ermənistanda 2044-cü ilə qədər qalacaq. Yeni imzalanan müqavilənin şərtləri haqqında hələlik heç bir məlumat verilmir. Köhnə müqaviləyə əsasən isə Rusiya bazası yalnız Ermənistanın Türkiyələ olan sərhədinə nəzarət etməli və əsasən də Türkiyədən gələcək təhlükədən İrəvanı qorumalı idi.


  • Yazılıb
  • da (də) 2017 Mar 14
  • Göndərən مدير سايت Aran News