Tarix : 2017 Mar 15
Kod 51386

Əlixan Musayev yenidən XORTLADI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müraciəti əsasında haqqında cinayət işi açılan Əlixan Musayev yenidən aktivləşir.
Arannews-Vətəninfo.azxəbər verir ki, 2016-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müraciəti əsasında haqqında cinayət işi açılan Əlixan Musayev yenidən aktivləşir. Qeyd edək ki, Əlixan Musayev haqqında cinayət işinin açılmasına səbəb onun hücrə evlərində dindar gəncləri yoldan çıxararaq Suriyada baş verən müharibədə iştiraka sövq etməsi və cəncləri cihat adı altında Suriyaya göndərməsi ilə bağlı olub.
Amma görünür Əlixan Musayev haqında açılan cinayyət işini unudub və yenidən aktiv hərəkətə keçib.
Vətəninfo.az-a bununla bağlı daxil olan məlumatda vurğulanır ki,elə bu səbəbdəndir ki,Əlixan Musayev yenidən hücrə evləri formalaşdırıb və bu evlərdə qadağan olunan dini təbliğatla məşğuldu.Məlumata görə, Əlixan Musayevin təbliğatı sayəsində mindən çox gənclərimiz Suriyaya qaçaq yollarla gedərək "cihat”adı altında vuruşmaqdadırlar.Bu gənclərin əksəriyyəti artıq öldürülüblər və ailələrinə qara xəbərləri çatıb.
Amma hansısa səbəbdəndir ki, Əlixan Musayev hələ də azadlıqdadır və bu əməlıərini davam etdirməkdədir.
Əlixan Musayev görünür,haqqında açılan cinayət işini rəfə qaldırda bilib.
Elə onun özünün yaxınlarında bu haqda dediyi fikirdə dediklərimizi təsdiqləyir.Məlumata görə,Əlixan Musayev ətrafında olanlara cinayət işini dolayı yollarla ləğv etdirdiyini bildirib.
Maraqlıdı dövlətin müvafiq orqanları niyə və hansı səbəbdən əlixan musayevin əməllərinə göz yumur?
Əgər doğurdan da bu şəxs nəzarət altındadırsa,o zaman necə və hansı şəkildə yenidən aktivləşə bilir?
Bütün bunların cavabı hüququ-mühafizə orqanlarındadı.


  • Yazılıb
  • da (də) 2017 Mar 15
  • Göndərən مدير سايت Aran News