Arannews- Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının korrupsiya fəaliyyətləri ölkəni çarəsiz vəziyyətə salıb.bunu öz tərəfdarları qarşısında çıxışı zamanı “Yelk” (“Çıxış” – red.) alyansından deputatlığa namizəd olan siyasətçi Nikol Paşinyan söyləyib.
“Sərkisyan administrativ rıçaqları vasitəsilə yaratdığı bataqlığı genişləndirmək istəyir. Burada Sərkisyanın məqsədi öz fəaliyyətinin səmərəliliyinin təmin edilməsidir. Bu bataqlıqdan da çıxış yolu var”, – deyə o bildirib.