"Biz Sankt-Peterburqda yaşayan azərbaycanlılar, ölkəmizin bu şəhərdəki konsulluğunda olduq, konsulluğun rəsmisi ilə görüşərək Sankt-Peterburqda yaşayan azərbaycanlılar adından Şeyx Sərdarın həbsinə etirazımızı bildirdik.
Arannews- Martın 13-də Rusiyanın Sankt-Peterburq şəhərinin möminləri Azərbaycanın bu şəhərdəki konsulluğunda olub. möminlərin konsulluğa getməsindən əsas məqsəd Azərbaycan Ruhanilər Məclisinin üzvü Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənliyə azadlıq tələbi olub. "Biz Sankt-Peterburqda yaşayan azərbaycanlılar, ölkəmizin bu şəhərdəki konsulluğunda olduq, konsulluğun rəsmisi ilə görüşərək Sankt-Peterburqda yaşayan azərbaycanlılar adından Şeyx Sərdarın həbsinə etirazımızı bildirdik. Masallı şəhərində cümə namazı qıldığı üçün saxlanılan Şeyx Sərdarın haqsız olaraq həbs olunduğunu və tez bir zamanda azadlığa buraxılması ilə bağlı tələbimizi konsulluğun rəsmisinin diqqətinə çatdırdıq".-deyə möminlərdn biri açıqlamsında bildirib.