Tarix : 2017 Mar 16
Kod 51393

Ölkədə qiymət artımına səbəb olan 3 mühüm faktor

Qadir İbrahimli: “Monopolistlər mövcud situasiyalardan öz xeyirlərinə istifadə edirlər”
Arannews-2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidməti məlumat yayıb. Dolayısı ilə komitə ölkədəki bahalaşmanı rəsmən təsdiq edib.
İqtisadçı ekspert Qadir İbrahimli mövzunu “İslaminSesi” nə şərh edərkən bildirib ki, qiymət artımında müxtəlif faktorların rolu var: “ Bu bir amillə bağlı olan məsələ deyil. Təbii qaz və enerji daşıyıcılarının qiymətlərinin artırılması, eyni zamanda devalivasiya fonunda manatın dəyərini itirməsi və monopoliyanın mövcud olması ölkədə qiymətlərin artımına səbəb olan faktorlardır. Monopolistlər mövcud situasiyalardan öz xeyirlərinə istifadə edirlər. Ona görə də, bu bahalaşma yaxın zamanlarda davam edəcək”.
Qadir İbrahimlinin sözlərinə görə,enerji daşıyıcılarının qiymətlərinin artımına və devalivasiyaya görə bahalaşma təbii haldır: “ Lakin monopoliyaya görə, qiymət artımına təbii yanaşmaq mümkün deyil. Hökumət biznes və idxal mühitində rəqabəti təmin etməlidir ki, süni qiymət artımına yer olmasın. Lakin təbii faktorlara görə. qiymətlərin artımı davam edəcək”.



  • Yazılıb
  • da (də) 2017 Mar 16
  • Göndərən مدير سايت Aran News