Tarix : 2017 Mar 16
Kod 51395

AZƏRBAYCAN GƏNCLƏRİNDƏN BƏYƏNAT: ƏLIYEV REJİMİNƏ QARŞI MİTİNQLƏRƏ START VERİRİK

Azad Azərbaycan Gənclər Birliyi Aprel ayında Prezident Aparatının qarşısında keçiriləcək mitinqi ilə bağlı Xalqa xüsusəndə Gənclərə Tələbələrə və Xalqa müraciət ünvanlayıblar.
Arannews nur-az saytına istinadən bu müraciəti təqdim edir
Müraciətdə deyilir:
“Hörmətli Azərbaycan Gəncləri xanımları və bəyləri!
Əziz bacılarımız  və qardaşlarımız !
Əliyev rejiminin 24 ildə apardıgı genosid siyasəti nəticəsində Azərbaycan evladlarının əksəriyyəti  ölkəni tərk etmək məcburiyyətində qalmış bir coxu Əliyev rejimi tərəfindən şərlənərək həbs olunmuşdurlar.
Azərbaycanın yeraltı ve yerüstu sərvətləri Əliyev ailəsi tərəfindən açiq acıqına talan olunur.Xalq Hakimiyyəti  sanki erməni əsilli korrupsioner simasizlar  tərəfindən zəbt olunmuşdur
Azərbaycanın tanınmiş siyasətciləri Əliyev xuntasının zindanlarında mənəvi cəhətdən əzilirlər. Biz Azərbaycan Gəncliyi ölkə sərvətlərini talayan Xalqi mənəvi terora sürükləyən Əliyev rejiminə qarşı RƏDD OLSUN YAP və İLHAM ƏLİYEV AİLƏ hakimiyyəti şüarı altında mitinq keçirəcəyik.
Biz gənclər sizləri hamılıgla Əliyev Xunta rejiminə qarşı mübarizəyə səsləyirik
  Azərbaycanı düşünən hər kəs aprel ayında  təyin ediləcək mitinqə gəlsin.
 Qarabağı düşünən hər kəs mitinqə gəlsin.
 Övladlarını düşünən hər kəs mitinqə gəlsin.
 Hətta yalnız özünü düşünən də mitinqə gəlsin.
 1988-1991-ci illər Azadlıq Hərəkatının Fədailəri! Gəlin  o müqəddəs mübarizə ruhunu bir daha birlikdə yaşayaqın !



  • Yazılıb
  • da (də) 2017 Mar 16
  • Göndərən مدير سايت Aran News