Azad Azərbaycan Gənclər Birliyi Aprel ayında Prezident Aparatının qarşısında keçiriləcək mitinqi ilə bağlı Xalqa xüsusəndə Gənclərə Tələbələrə və Xalqa müraciət ünvanlayıblar.
Arannews nur-az saytına istinadən bu müraciəti təqdim edir
Müraciətdə deyilir:
“Hörmətli Azərbaycan Gəncləri xanımları və bəyləri!
Əziz bacılarımız və qardaşlarımız !
Əliyev rejiminin 24 ildə apardıgı genosid siyasəti nəticəsində Azərbaycan evladlarının əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qalmış bir coxu Əliyev rejimi tərəfindən şərlənərək həbs olunmuşdurlar.
Azərbaycanın yeraltı ve yerüstu sərvətləri Əliyev ailəsi tərəfindən açiq acıqına talan olunur.Xalq Hakimiyyəti sanki erməni əsilli korrupsioner simasizlar tərəfindən zəbt olunmuşdur
Azərbaycanın tanınmiş siyasətciləri Əliyev xuntasının zindanlarında mənəvi cəhətdən əzilirlər. Biz Azərbaycan Gəncliyi ölkə sərvətlərini talayan Xalqi mənəvi terora sürükləyən Əliyev rejiminə qarşı RƏDD OLSUN YAP və İLHAM ƏLİYEV AİLƏ hakimiyyəti şüarı altında mitinq keçirəcəyik.
Biz gənclər sizləri hamılıgla Əliyev Xunta rejiminə qarşı mübarizəyə səsləyirik
Azərbaycanı düşünən hər kəs aprel ayında təyin ediləcək mitinqə gəlsin.
Qarabağı düşünən hər kəs mitinqə gəlsin.
Övladlarını düşünən hər kəs mitinqə gəlsin.
Hətta yalnız özünü düşünən də mitinqə gəlsin.
1988-1991-ci illər Azadlıq Hərəkatının Fədailəri! Gəlin o müqəddəs mübarizə ruhunu bir daha birlikdə yaşayaqın !