Ali Rəhbər Ayətullah Xamenei yeni ilin (hicri-şəmsi tarixi ilə 1396-cı il) başlaması ilə əlaqədar xalqa ünvanladığı müraciətdə xanım Fatimeyi-Zəhranın (s.ə.) mövludu, habelə “Novruz” bayramı münasibəti ilə xalqı, məxsusən, şəhid ailələrini və müharibə əlillərini təbrik etmiş, bu ilin İran xalqı və dünya müsəlmanları üçün bərəkətli, əmin-aman və xeyirli il olacağını arzulamış və yeni ili “müqavimət iqtisadiyyatı, istehsal və məşğulluq” ili adlandırmışdır.
“AranNews”-in verdiyi xəbərə görə, Ali Rəhbər ötən ilin acı və şirin hadisələrlə yanaşı olduğunu vurğulayaraq demişdir: “Ötən il acı və şirin, qəmli və fərəhli hadisələr, enişli və yoxuşlu inkişaflarla yaddaşlarda qaldı; ölkəni bütünlüklə əhatə edən milli izzət, milli əmniyyət, gənclik himməti və iman dolu işlərimizə görə sevinirik. Eyni zamanda acı hadisələrlə də üzləşdik ki, daha çox iqtisadi və ictimai problemlərdən ibarət idi.”
Ali Rəhbər bəyan etdi ki, ABŞ prezidentinin nümayiş etdirdiyi hörmətsizliyə cavab olaraq xalqın 22 Bəhmən günündəki izdihamlı və qeyrətli iştirakı, habelə Qüds günü xalqın əzəmətli toplaşması İran xalqının üstün məqəsdləri və kimlıiyinin göstəricisidir: “İranın qonşuları və region dövlətlərində qeyri-sabitlik olmasına baxmayaraq, regional və beynəlxalq qeyri-sabitliyin hökm sürdüyü bir mühitdə ölkədə əmin-amanlığın olması çox mühüm bir göstəricidir. İran milləti il boyu stabil təhlükəsizlik şəraitini təcrübə etdi”.
Ayətullah Xamenei daha sonra ötən ilin acı və şirin hadisələrinin xalqın, xüsusilə orta və yoxsul təbəqənin insanlarının məişət və iqtisadi probleləri ilə bağlı olduğunu dedi: “Xalqın vəziyyətindən xəbərim var. Buna görə də xalqın, xüsusilə yoxsul təbəqənin bahalıq, işsizlik, ayrıseçkilik, bərabərsizlik, sosial patalogiyalar kimi iqtisadi problemlərini bütün varlığımla hiss edirəm”.
O vurğuladı: “Biz hamımız cavabdehik. Həm Allah-taala, həm də xalq qarşısında cavab verməliyik”.
Mənim fikrimcə, ölkəmiz üçün ən önəmli məsələ iqtisadiyyatdır. Yəni, insan mövcud prioritetli problemlərə baxdıqda, ən əhəmiyyətlisinin iqtisadi problemlər olduğunu görür. Allahın iznilə, əgər millət və dövlətimiz, müxtəlif səlahiyyətlilər və məsul vəzifəli şəxslər iqtisadi sahələrdə doğru və lazımi addımlar ata bilsələr, bu, ictimai, əxlaqi və mədəni problemlərin də həllinə öz təsirini göstərəcəkdir...
İqtisadiyyat sahəsində ən fundamental və əhəmiyyətli məsələ yerli istehsaldır; yeni iş imkanlarının yaradılması, işsizliyin və iqtisadi durğunluğun aradan qaldırılması, iqtisadi hərəkət və canlılığın təmini kimi xalqla bağlı məsələlər. Xalq bunları hiss edir və həllini də tələb etməkdədir.
Biz əgər iqtisadi durğunluq məsələsini, yerli istehsal problemini həll etmək, işsizliyi aradan qaldırmaq və bahaçılığı kontrol etmək istəsək, bütün bunların dərmanı müqavimət iqtisadiyyatındadır. Müqavimət iqtisadiyyatı bütün bunları əhatə etməkdədir. Müqavimət iqtisadiyyatında işsizliklə mübarizə, bahaçılığa nəzarət, gəncləri işlə təmin etmək, düşmənin təhdidləri qarşısında möhkəm dayanmaq. mümkünləşəcək. Bu istiqamətdə ölkə üçün bir çox fürsətlər meydana gələcək. Bütün bunları nəzərə alaraq, mən bu il üçün “Müqavimət iqtisadiyyatı, istehsal və məşğulluq” şüarını seçirəm. /www.leader.ir/