Pakistan Azərbaycanı çağdaş silahla təchiz etməyə hazırdır və bu, ABŞ-ın Azərbaycana qoyduğu silah qadağasını xeyli yumşalda bilər.
“AranNews”-un verdiyi xəbərə görə, Bu qənaətə ölkənin keçmiş baş naziri Şövkət Əzizin Azərbaycan mətbuatına verdiyi müsahibəsindən sonra qənaətə gəlmək olar.
Şövkət Əziz bildirib: “Bizim dövlətlərin təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı ümumi maraqlarımız var. Pakistan bir çox ölkələrə silah satır. Mənə elə gəlir ki, Azərbaycan fəal şəkildə Pakistanda layihələnmiş və özünü dünya silah bazarında yaxış tanıtmış silah sistemlərini almalıdır”.
“Ruxpert-ru” saytının yazdığına görə, nüvə ölkəsi Pakistan strateji nüvə silahı ilə yanaşı hazırda yeni nəsil kompakt taktiki nüvə silahları istehsal edilir:
“Taktiki nüvə silahının özəlliyi ondadır ki, o, dövlət başçılarının qərarı, nüvə çamadanı, giriş kodu və başqa formallıqlar olmadan istifadə edilə bilər”.
Yəni Azərbaycan bu silahlardan Qarabağın işğaldan azad olunması üçün istifadə edə bilər. Pakistan siyasətçisinin sözlərinə qeyri-ciddi yanaşmaq olmaz.