işğalçı İsrail rejiminin Moskvadakı səfiri Herri Korn Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.
“AranNews”-un verdiyi xəbərə görə, Səfiri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov qəbul edib.
İsrail rejiminin səfirinə Suriya hava sərhədinin pozulmasına görə Rusiya hökumətinin etirazı çatdırılıb.
Faktla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, İsrail rejiminə məxsus qırıcıların Suriya hava sərhədini pozması İŞİD terrorçularına açıq dəstək məqsədi daşıyır. /Parstoday/