AİP lideri Mövsüm Səmədov bayram günləri saxlanıldığı 12 saylı Cəza Çəkmə Müəssisəsində karserə salınıb.
“AranNews”-un verdiyi xəbərə görə, bu barədə "İslaminSesi"nə onun yaxınları məlumat verib. Yaxınlarının verdiyi məlumata görə Doktor Səmədovun karsa salınmasınsa səbəb kimi onun barakda namaz qılmasını bəhanə ediblər.
Mart ayının 19-u 3 günlük karsa salınan AİP liderinin cəza müddəti bu gün bitsə də, onun barəsində yenidən 2 ay müddətinə karser cəzası verilib.
Vəkil Yalçın İmanov baş verənləri araşdırmağa cəhd etsə də, qeyri-rəsmi iş günləri olduğuna görə Cəza Çəkmə Müəssisəsində müvəkkili ilə görüş ala bilməyib.