Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti Türkiyədən məhsul idxalına qoyulan mövcud qadağanı aradan qaldırmağı planlaşdırmır.
“AranNews”-un verdiyi xəbərə görə, bu barədə idarənin mətbuat katibi Yuliya Melano məlumat verib.
"Rosselxoznadzor" Türkiyə məhsullarının idxalı ilə bağlı qüvvədə olan məhdudiyyətin götürülməsi imkanlarını nəzərdən keçirmir", — deyə mətbuat katibi "İzvestiya" qəzetinə bildirib.
Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd ediblər ki, Türkiyə meyvə-tərəvəz məhsullarının Rusiya bazarına tədarükünə qoyulan qadağanın tam və ya qismən ləğv edilməsi məsələsi Ankaranın Rusiya məhsullarına qoyduğu məhdudiyyətləri aradan qaldırması ilə bir müzakirə olunmalıdır. /azerinews.tv/