Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan Ermənistanda hərbi çevriliş təşkili ittihamı ilə həbs olunub.
Bu məlumatı “Hraparak” erməni qəzeti yayıb.
“AranNews”-un verdiyi xəbərə görə, Nəşr əlavə edir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti tezliklə bu xəbərlə bağlı ətraflı məlumat verəcəyini bildirib.
Bundan öncə Ermənistan MTX Gürcüstandan Ermənistana “İqla” (“İynə”) zenit-raket kompleksinin gətirilməsi cəhdi və bu kompleksi gətirməyə cəhd etmiş bir qrup şəxsin həbsi barədə xəbər yaymışdı. Qəzet Samvel Babayanın həbsini həmin hadisə ilə əlaqələndirir.
Samvel Babayan silahlı çevriliş hazırlayırmış. Bildirildiyinə görə, silahlı çevriliş cəhdi palament seçkilərinə az qalmış baş tutmalı imiş. Seçkilər aprel ayının əvvəlinə nəzərdə tutulub. /Virtualaz/