Tarix : 2017 Mar 23
Kod 51409

Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriya və İraqda İŞİD terror təşkilatının 180-dən çox rəhbərini zərərsizləşdirib.
AranNews”-un verdiyi xəbərə görə, Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
Məlumata görə, koalisiya aviasiyası İŞİD-in mövqelərinə 19 mindən çox zərbə endirib. Nəticədə onminlərlə yaraqlı, o cümlədən 180-dən çox yüksək və orta vəzifəli qruplaşma lideri zərərsizləşdirilib. Onların arasında İŞİD lideri Əbubəkr əl-Bağdadinin demək olar ki, bütün müavinləri, qruplaşmanın qondarma informasiya, neft və qaz, maliyyə və hərbi nazirləri, həmçinin xarici kəşfiyyat rəhbəri də var. /Report/
  • Yazılıb
  • da (də) 2017 Mar 23
  • Göndərən مدير سايت Aran News