Tarix : 2017 Mar 24
Kod 51413

Azərbaycanda hər gün 36 ailə dağılır

Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır.
AranNews”-un verdiyi xəbərə görə, 2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən il hər ay təxminən 1091 ailə boşanıb. Bu isə günə 36-dan çox boşanma deməkdir.
2015-ci ildə boşanan ailələr 12764 olub. 2014-cü ildə 12088, 2013-cü ildə 11730 ailə dağılıb.
Göründüyü kimi, boşanmalarda ildən-ilə ciddi artım baş verir.
Ekspertlər boşanmaların əsas səbəbləri sırasında güclü qanun olmamasını, ər-arvadın bir-birinə güzəştə getməməsini, işsizliyi, yoxsulluğu, insanların ailə qurmağa mənəvi cəhətdən hazır olmamasını və digər amilləri göstərirlər./modern/
  • Yazılıb
  • da (də) 2017 Mar 24
  • Göndərən مدير سايت Aran News