Demokratik Qüvvələrin Milli Şurasının martın 22-də keçirilən sonuncu toplantısında ümumxalq mitinqinin keçirilməsi məsələsi müzakirə edilib.
“AranNews”-un verdiyi xəbərə görə, Bu haqda AzadlıqRadiosuna Milli Şuranın üzvü Eldəniz Quliyev məlumat verib.
«Koordinasiya Mərkəzinin toplantısında biz digər məsələlərlə yanaşı, etiraz aksiyalarının zərurəti haqda ciddi fikir mübadiləsi apardıq», – deyən E.Quliyev yaxın zamanlarda Milli Şuranın ümumxalq mitinqinin keçirilməsini nəzərdən keçirdiyini bildirib.
Onun deməsinə görə, Koordinasiya Mərkəzinin bəzi üzvləri mitinqə sosial sifarişin yetərincə olmaması qənaətində olub.
Mövzunun müzakirəsi birliyin növbəti toplantılarında davam etdiriləcək.
Birliyə 2013-cü il dekabrın 1-dən Cəmil Həsənli sədrlik edir.