general-mayor Heysəm Hasın Səudiyyə və Türkiyənin terrorçulardan gələcəkdəki müzakirələrdə uğur əldə etmək məqsədi ilə Dəməşqin giriş qapılarında kamikadze hücumu törətmələrini istədiyini vurğulayıb.
“AranNews”-un verdiyi xəbərə görə, Heysəm Hasın onlarla adamın ölümünə səbəb olan terrorçuların paytaxtın şərqində etdikləri genişmiqyaslı hücumlara reaksiya göstərib: "Hazırda paytaxtın şimal-şərqində meydana gələn hadisələr terrorçuların başlatdıqları hərbi əməliyyatların ikinci dalğasıdır.
Suriya ordusunun əl-Qabun, Harəsta və Bərzəyə olan hərbi əməliyyatlarını dayandıraraq döyüş meydanında nailiyyət əldə etmək və qüvvələrini Cubərə doğru istiqamət dəyişdirməyə çalışmaqdır. Nəticə olaraq terrorçuların bu hücumları ordunun əməliyyatlarını dayandırmağa yönəlib. Terrorçuların digər məqsədi əl-Abbasiyyin meydanı yaxınlığında Dəməşqin bir bölgəsinə girərək hərbi yolla siyasi uğur əldə etməkdir və yekunda bu hadisə 5-ci Cenevrə danışıqlarında Suriya hökumətinə qarşı təzyiq olacaq.
Terrorçuların istədiyi siyasi hədəflər, xüsusilə Ərəbistan və Türkiyə olmaqla onları dəstəkləyənlərin xeyrinədir. Bu havadarlar terrorçu qrupları kamikadze hücumlarına məcbur edir. Bu region ordu və müttəfiqləri tərəfindən paytaxtın möhkəm dəstək divarı sayılır". /Eastnews.org/