ABŞ-a məxsus qırıcıların İraqın Mosul şəhərinə aviazərbələr endirməsi nəticəsində 200-ə yaxın şəxs ölüb.
“AranNews”-un verdiyi xəbərə görə, ölənlər arasında dinc sakinlər də olub.
Kürdlərə yaxınlığı ilə seçilən “Rudav” agentliyinin yaydığı məlumatda isə, ölənlərin 200-dən çox olduğu vurğulanıb:
“Həyata keçirilən əməliyyatlar nəticəsində evin damında gizlənən 130 nəfər həlak olub. Bundan əlavə, iki evin hədəf alınması nəticəsində də 100 nəfər həlak olub”.
Qeyd edək ki, 2 gün öncə də ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri dinc sakinləri bombalamışdı./axar/