İŞİD terror təşkilatı 4 nəfərin öldüyü, 29 nəfərin yaralandığı London hücumunun məsuliyyətini üzərinə götürüb.
“AranNews”-un verdiyi xəbərə görə, İŞİD-in yayım orqanı "Amaq" informasiya agentliyi vasitəsilə verdiyi açıqlamada hücumu "xilafətin bir əsgərinin həyata keçirdiyi qeyd edilib. İngiltərə Baş naziri Tereza Mey hücumu terrorçunun İngiltərədə doğulduğunu və xüsusi xidmət orqanlarında qeydiyyatda olduğunu bildirmişdi.
Dünən baş verən hadisədə terrorçu Vestminster körpüsündə nəqliyyat vasitəsilə insanları əzmiş, bir polisi də bıçaqlamışdı. Hadisədə polis məmuru və terrorçu daxil olmaqla 4 nəfər ölmüş, 29 nəfər yaralanmışdı. /Sputnik/