Tarix : 2017 Mar 26
Kod 51427

Qondarma “Dağlıq Qarabağ” Respublikasının keçmiş müdafiə naziri həbs edilib

Ermənistan ərazisinə qaçaqmalçılıq yolu ilə "İqla" zenit-raket kompleksinin gətirilməsi faktı üzrə...
Arannews- işğalçı ölkənin paytaxtının Kentron və Nork-maraş inzibati rayonlarının ümumi yurisdiksiya məhkəməsi Ermənistan ərazisinə qaçaqmalçılıq yolu ilə "İqla" zenit-raket kompleksinin gətirilməsi faktı üzrə cinayət işi çərçivəsində qondarma "Dağlıq Qarabağ" Respublikasının keçmiş müdafiə naziri və ordu komandanı Samvel Babayanın iki ay müddətinə həbs edilməsi barədə qərar verib.

Bir müddət öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti Babayanın çərşənbə günü respublika ərazisinə Gürcüstandan qaçaqmalçılıq yolu ilə "İqla" Zenit-raket Komplekslərini gətirməsi faktı üzrə cinayət işi çərçivəsində saxlanıldığını bildirmişdi. MTX-nin məlumatına görə, Zenit Raket Komplekslərinin komponentlərini əldə edən və gətirən şəxslər Babayanın ilkin razılığı və sifarişi ilə fəaliyyət göstərib.

Babayanın vəkil şənbə günü ətraflı məlumat verəcəyini və müvəkkilinin ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Babayan 1993-cü ildən 1999-cu ilədək qondarma Dağlıq Qarabağ Respublikasının ordu komandanı və 1995-1999-cu illərdə müdafiə naziri olub. 2000-ci ildə həmin vaxt qondarma DQR-in prezident postunu tutmuş Arkadiy Qukasyana qarşı sui-qəsd təşkilinə görə 14 il azadlıqdan məhrum edilib, lakin 4,5 ildən sonra əfv olunub.

 


  • Yazılıb
  • da (də) 2017 Mar 26
  • Göndərən مدير سايت Aran News