Tarix : 2017 Mar 26
Kod 51430

Azərbaycan Respublikası xarici bazarlarda mövqelərini itirir

Xarici bazarda çalışmaq o qədər də asan deyil. Bu zəhmət tələb edən işdir. Çoxları isə bunu həll etməyə girişmir, hökumət isə xarici bazara inteqrasiya olunmaq üçün yetərli səy göstərmir
Arannews- “Exo” qəzeti “Azərbaycan xarici bazarlarda mövqelərini itirir” sərlövhəli məqalə dərc edib.
Müəllif ölkənin aqrar sektorunuda durumu ekspertlərlə müzakirə edir.
 “Bu sahə uzun illərdir ki, düzgün inkişaf yolunda deyil, elə ticarət dövriyyəsinin azalması problemi də bundan qaynaqlanır. Keçən il bütün ilboyu aqrar sahədə islahatlar aparılmasından, istehsalın artırılmasından və Azərbaycanın ticarət dövriyyəsinin azalması probleminin həll olunmasından danışdılar”.
Bunu qəzetə ekspert Nəriman Ağayev bildirib. Ekspert deyir ki, aqrar sahədən əldə edilən gəlirin artmasına imkan verməyən kifayət qədər problemlər var:
“Bürokratiya, tarif siyasəti və potensial ixarcatçıların savadsızlığı bu problemlərin ilk sırasında yer alır. Xarici bazarda çalışmaq o qədər də asan deyil. Bu zəhmət tələb edən işdir. Çoxları isə bunu həll etməyə girişmir, hökumət isə xarici bazara inteqrasiya olunmaq üçün yetərli səy göstərmir”.
Ekspert bu izahdan sonra bir zamanlar Azərbaycanın yeri olan bu bazarlarda indi Gürcüstanın yüksək nəticələr əldə etdiyini, Azərbaycanın isə mövqeyini itirdiyini bildirir.
Başqa bir ekspert Rövşən Ağayev isə deyir ki, bu mövqelərin itirilməsi özünü Azərbaycanın xarici bazarlarla ticarət dövriyyəsinin azalmasında da göstərir:
“Təhlillər göstərir ki, Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 20- 50% arasında azalıb. Böhranın təsirilə milli iqtisadiyyat kəskin azalıb. Biznesin inkişafı üçün investisiya yoxdur, bahalıq üzündən çətin satıldığı üçün sahibkarlar mal idxalında maraqlı deyildirlər”.


  • Yazılıb
  • da (də) 2017 Mar 26
  • Göndərən مدير سايت Aran News