Ərdoğan Avropa İttifaqının 60 illiyinin Vatikanda qeyd edilməsinin bu qurumun xristian ittifaqı olduğunu sübut etdiyini vurğulayıb.
Arannews- “Bu gün Avropa İttifaqının yaranmasının 60 illiyi ilə bağlı tədbir Vatikanda keçirilir. Papa nə vaxtdan Avropa İttifaqının üzvü olub?”.bunu İstanbulda prezident üsul-idarəsinə keçidlə bağlı Konstitusiyaya dəyişikliklə əlaqədar keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan Avropa İttifaqının 60 illiyinin Vatikanda qeyd edilməsinin bu qurumun xristian ittifaqı olduğunu sübut etdiyini vurğulayıb
R. T. Ərdoğan bəzi Avropa ölkələrinin Türkiyəyə silah satışına qadağa qoymasını da sərt tənqid edib”.