keçirilən məhkəmə iclasında hakim Şeyx Sərdarın həbs müddətini aprel ayının 30-dək uzadılmasına qərar verib.
Arannews- mart ayının 27-də həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi keçirilib.
məhkəmə baxışı mart ayının 27-də Masallı rayon məhkəməsində saat 15:00-da baş tutub. Hakim Nemət Musayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hakim Şeyx Sərdarın həbs müddətini aprel ayının 30-dək uzadılmasına qərar verib.
Qeyd edək ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın artıq həbs müddətinin başa çatmasına az müddət qalmışdı.