Tarix : 2017 Mar 28
Kod 51438

Səmədovu karsa salmaqla haqq sözü deyən inanclıları qorxutmağa çalışırlar

Doktor Səmədovu incitmək və karsa salmaqla haqq sözü deyən digər inanclıları da qorxutmağa çalışırlar. Lakin anlamirlar ki, qəlbində Allah sevgisi olan şəxs heç bir təzyiqdən qorxmaz.
Arannews- Qurban Məmmədov: “Doktor Səmədovu incitmək və karsa salmaqla haqq sözü deyən digər inanclıları da qorxutmağa çalışırlar”
tanınmış hüquq müdafiəçisi Qurban Məmmədov AİP liderinə qarşı yönələn təzyiqlərə münasibət bildirib: "Doktor Səmədova və həbs olunan digər inanclılara qarşı atılan hər bir addımı, Allaha qarşı ədəbsizlik hesab edirəm. Bu kimi təzyiqlər Hacı Mövsüm Səmədovun dəmir barmaqlıqlar arxasından bele haqqı söyləməsi ilə əlaqəlidir. Bəzi şəxslərə haqqın deyilməsi sərf etmədiyindən, bu cür qanunsuz hərəkətlərə və təzyiqlərə yol verirlər. Doktor Səmədovu incitmək və karsa salmaqla haqq sözü deyən digər inanclıları da qorxutmağa çalışırlar. Lakin anlamirlar ki, qəlbində Allah sevgisi olan şəxs heç bir təzyiqdən qorxmaz”.
Namizəd Səfərov: “Doktor Səmədova qarşı heç bir səbəb olmadan dəfələrlə bu cür təzyiqlər edilib və ona kars cəzası verilib”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquqşünas Namizəd Səfərov da Hacı Mövsüm Səmədovun karsa salınmasını pisləyib: “ Doktor Səmədov siyasi məhbusdur. Bizim ölkəmizdə isə siyasi məhbuslar uydurulmuş ittihamlarla məhkum olunurlar. Həm də sonradan bu cür insanlara qarşı qanunsuz hərəkətlər və fiziki zorakılıqlar tətbiq edilir. Hətta onların həbsxana şəraitində belə normal yaşamalarına imkan verilmir. Hacı Mövsüm Səmədov ətrafında baş verənlər həmin hallardan biridir. Doktor Səmədova qarşı heç bir səbəb olmadan dəfələrlə bu cür təzyiqlər edilib və ona kars cəzası verilib. Bu da onun iradəsini qırmaq məqsədi daşıyır. Bütün baş verənləri qətiyyətlə pisləyirəm və Hacı Mövsüm Səmədovun tezliklə azadlığa buraxılmasını tələb edirəm”.
Gültəkin Hacıbəyli: “Doktor Mövsüm Səmədova qarşı sərgilənən bu davranış düzgün deyil”
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Hacı Mövsüm Səmədovun karsa salınmasına münasibət bildirərkən bunları deyib: “ Bu hadisəni qəti şəkildə pisləyirəm. Hesab edirəm ki, Doktor Mövsüm Səmədova qarşı sərgilənən bu davranış düzgün deyil. Ümumiyyətlə Doktor Səmədovun həbsi ilə bağlı da kifayət qədər qaranlıq məqamlar mövcuddur. Buna görə də, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınır. Başda Doktor Səmədov olmaqla, qanunsuz həbs edilən digər inanclılara qarşı yönələn təzyiqləri qətiyyətlə pisləyir və bunu yolverilməz hesab edirəm”.
Qeyd edək ki, mart ayının 19-u 3 günlük karsa salınan AİP liderinin cəza müddəti bitər-bitməz, onun barəsində yenidən 2 ay müddətinə karser cəzası verilib.
Mövsüm Səmədovla bağlı baş verənlər ölkənin inanclı cameəsi, siyasi arenası və ictimaiyyət nümayəndələri tərəfindən etirazla qarşılanıb.


  • Yazılıb
  • da (də) 2017 Mar 28
  • Göndərən مدير سايت Aran News