Nardaran qəsəbəsində saxta və yalnış ithamlarla saxlanılan ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Arannews- Bakının Nardaran qəsəbəsində saxta və yalnış itihamlarla saxlanılan ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elman Ağayev ifadə verib. O deyib ki, əməlində heç bir cinayət tərkibi yoxdur və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
İlahiyyatçı həmçinin prokuror və vəkillərin suallarını cavablandırıb.
Hakim qeyd edib ki, prosesdə təqsirləndirilən şəxslərin ifadələri başa çatıb.