Arannews- Ermənistan Rəsmilərinin işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfərləri son vaxtlar intensivləşib. Dünən Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri VardanToqanyan Xankəndidə peyda olub.
Diplomatı Qarabağ separatçılarının başçısı Bako Saakyan qəbul edib. Dağlıq Qarabağdakı separatçı rejimin mətbuat xidməti xəbər verir ki, B.Saakyan səfiri yeni təyinatı münasibətilə təbrik edib. Görüşdə qondarma qurumun “xarici işlər naziri” Karen Mirzoyan da iştirak edib.