Tarix : 2017 Mar 29
Kod 51442

Azərbaycan Ermənistan prezidentinin səsləndirdiyi bəyanatına reaksiya verib

Azərbaycan Respublikası MN Sarkisyanın Azərbaycana qarşı "İsgəndər" ballistik raketlərindən istifadə barədə səsləndirdiyi bəyanata reaksiya verib.
Arannews- Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan prezidentinin Azərbaycana qarşı "İsgəndər" ballistik raketlərindən istifadə barədə səsləndirdiyi bəyanata reaksiya verib.
Ermənistan prezidenti Serj Sarkisyan şənbə günü Azərbaycanın işğal edilmiş ərazilərinə səfəri zamanı Azərbaycanı "İsgəndər" ballistik raketləri ilə hədələyib.
Azərbaycan Müdafiə Nazirliyi isə buna reaksiya olaraq Sarkisyanın bu açıqlamasının seçki ərəfəsində olan Ermənistanda ümumi fikrin diqqətinin cəlb edilməsinə hesablandığını bildirib.
"İsgəndər" raket sistemi 2 ədəd orta mənzilli ballistik raketə malikdir və eyni zamanda iki müxtəlif hədəfə doğru atəş açmaq imkanına malikdir. Bu raketlər minimum 50 km və maksimum 400 km məsafədə yerləşən hədəfləri vurmağa qadirdir.


  • Yazılıb
  • da (də) 2017 Mar 29
  • Göndərən مدير سايت Aran News