Tarix : 2017 Mar 30
Kod 51449

Ermənistan ən ağır günlərini yaşayır

Ermənistan borc içində boğulur, əhali ölkəni tərk edir.
Arannews- Türkiyənin Xalqların Demokratik Partiyasının sədri Səlahəddin Dəmirdaşın məhkəmə işi Diyarbəkirdən Ankara Ağır Cəza Məhkəməsinə göndərilib.
Diyarbəkir Prokurorluğu həbsdə saxlanılan Dəmirdaşla bağlı təhlükəsizlik səbəbindən dolayı Ədliyyə Nazirliyinə sorğu göndərib və nazirlikdən HDP liderinin işinin Ankaraya göndərilməsinə müsbət cavab verilib.
Dəmirdaş barəsində terror təşkilatının idarəçiliyi, terror təşkilatının təbliğatını aparmaq, toplantı və nümayiş yürüşləri, xalqı kin və düşmənçiliyə təhrik etmək, xalqı qanunlara tabe olmamağa təhrik etmək, cinayət törətməyə təhrik və cinayəti və cinayətkarı tərifləmə ittihamları ilə 43 ildən 142 ilə qədər həbs istənilib.
Arannews- Ermənistanda hökumət yaranmış problemləri həll etmək əvəzinə hakimiyyət uğrunda mübarizə aparır. Bu da işğalçı ölkədə narazılıqları artırıb.
 “Sarukyan” blokundan deputatlığa namizəd Naira Zohrabyan Kotayk vilayətində seçki kampaniyası çərçivəsində çıxışı zamanı bildirib ki, hakimiyyəti vətəndaşların taleyi maraqlandırmır. O deyib ki, Ermənistan ən ağır günlərini yaşayır. Ölkə borc içində boğulur, əhali ölkəni tərk edir. S.Sərkisyan rejimi isə on ildə yaratdığı problemləri aradan qaldırmaq əvəzinə hökumət postunda möhkəmlənmək uğrunda mübarizə aparır. Hakimiyyət 17 il xalqı talayıb. İnsanlar xaricdə baraklarda yaşamağa məhkum kütləyə çevirib.
N.Zöhrabyan vətəndaşları həlledici qərar verməyə çağırıb. Qeyd edib ki, Ermənistanın bundan başqa yolu yoxdur. Ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayıb. Ermənistan büdcəsi isə miqrant pullarından asılı vəziyyətə düşüb.
Deputatlığa namizəd qeyd edib ki, S.Sərkisyan cinayətkardır. O, öz hakimiyyətini insanların bədbəxtliyi, faciələri üzərində qurub. S.Sərkisyan vaxtilə ona yaxın olan insanları aradan götürür. Dünənə kimi Seyran Ohanyan və Samvel Babayan onun dostları idi, indi isə düşmənləridir.
Bu arada hakim klanın aparıcı nümayəndələrindən biri, sabiq müdafiə naziri Seyran Ohanyanla Serj Sərkisyan arasında qarşıdurma getdikcə dərinləşir. S.Ohanyanın yaxın adamı Samvel Babayanın həbsindən sonra keçmiş müdafiə nazirinin də həbs olunması gündəmdədir. S.Ohanyan bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılsa da, yenidən siyasi səhnəyə qayıtmaq istəyir. S.Sərkisyanın isə əsas məqsədi nəyin bahasına olursa-olsun, aprelin 2-də Ermənistan parlamentini ələ keçirməkdir.


  • Yazılıb
  • da (də) 2017 Mar 30
  • Göndərən مدير سايت Aran News