“Həbs edilənlər arasında 10732 polis, 7643 hərbi qulluqçu, 168 general, 2575 hakim və prokuror, 26177 mülki şəxs və 208 məmur var.”
Arannews- Türkiyədə 2016-cı ilin iyul ayında baş tutmuş çevriliş cəhdindən sonra Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 113 min şübhəli tutulub. Onlardan da təqribən 47 min insan hələ də həbsdədir. Bu haqda məlumatı Türkiyə daxili işlər naziri Süleyman Soylu verib.
“Həbs edilənlər arasında 10732 polis, 7643 hərbi qulluqçu, 168 general, 2575 hakim və prokuror, 26177 mülki şəxs və 208 məmur var.”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, saxlanılmış şəxslərdən 65 mindən çoxu azadlığa buraxılıb, təqribən 41 mini isə hələ də həbsdədir.