Tədbirin keçirilməsində əsas məqsəd Şeyx Sərdar Hacıhəsənlinin həbsinə etiraz və bu həbsin yerli və beynəlxalq hüquqa ziddi olduğunu bəyan etmək olub.
Arannews- Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, “Maide.az” saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarının müdafiəsi ilə bağlı dəyirmi masa keçirilib.Dəyirmi masada ölkənin nüfuzlu ruhaniləri, ağsaqqallar və media nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Şeyx Sərdar Hacıhəsənlinin həbsinə etiraz və bu həbsin yerli və beynəlxalq hüquqa ziddi olduğunu bəyan etmək olub.
Dəyirmi masada çıxış edənlər Şeyx Sərdar Hacıhəsənlinin şəxsiyyəti haqqında yüksək fikirlər səsləndirirərək onun həbsinin xalqın mənəviyyatına və dini dəyərlərinə qarşı yönəlik addım olduğunu söyləyiblər.