Arannews- Azərbaycanda ictimaiyyət təmsilçiləri ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin azadlığa buraxılması üçün müraciət yayıblar.
müraciətdə deyilir:
"Biz, aşağıda imza edənlər, görkəmli ruhani, tanınmış ilahiyyatçı, Maide.az saytının baş redaktoru Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dərin narahatlığımızı bəyan edirik.
Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) cəm halında ibadət yerinə yetirdiyinə görə həbs edilib. Bu elə bir halda baş verib ki, qanunlarımız insanların cəm halında ibadət etmək hüququnu birmənalı olaraq təsbit edir. Konstitusiyamızın 48.II, 71.II, 71.IV, 71.V maddələrinə əsasən, hər kəsin dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa görə təqsirləndirilə bilməz.
Hacı Sərdar Hacıhəsənli heç bir kəsin hüququna qəsd etməyib, ictimai asayişi pozmayıb.
Bununla yanaşı, məlum olmuşdur ki, Hacı Sərdar Hacıhəsənlini cümə namazı qılmağa bölgənin rəsmi qazisi dəvət etmişdir.
Birmənalı olaraq, əminik ki, Hacı Sərdar Hacıhəsənlinin həbsi əsassız və səhv addımdır. Eyni zamanda milli-mənəvi dəyərlərimizə qarşı bir hörmətsizlikdir.
Bunları nəzərə alaraq, Hacı Sərdar Hacıhəsənlinin həbsini insan haqlarının və əsas azadlıqlarının pozulması kimi qiymətləndirir, ona qarşı edilən hərəkətləri təqib kimi dəyərləndiririk.
Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik.
1- Hacı İlqar İbrahimoğlu - DEVAMM-ın sədri
2- Akif Nağı - Qarabağ Azadlıq Təşkilatının sədri
3- Arif Hacılı - "Müsavat" partiyasının başqanı
4- Aygün Muradxanlı - tanınmış jurnalist
5- Azər Qasımlı - “Real” TK koordinatoru, ictimai-siyasi məsələlər üzrə katib
6- Azər Rəşidoğlu - siyasi icmalçı, jurnalist-publisist
7- Eldəniz Quliyev - Azərbaycan Ziyalı Hərəkatının sədri
8- Ellada Məmmədli - ictimai-siyasi xadim
9- Elşən Həsənov - Siyasi Məhbuslar üzrə Monitorinq Mərkəzinin rəhbəri
10- Ədalət Usubov - ictimai-siyasi xadim
11- Əli Kərimli - AXCP sədri
12- Əsabəli Mustafayev - vəkil, "Demokratiya və İnsan Hüquqları" qurumunun rəhbəri
13- Əvəz Həsənov - Humanitar Tədqiqatlar İctimai Birliyinin direktoru
14- Gözəl Bayramlı - AXCP sədrinin müavini
15- Gülağa Aslanlı - ictimai-siyasi xadim, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
16- Hacı İlham Əliyev - AİP-in sədr əvəzi
17- Hikmət Hacızadə - Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) rəhbəri
18- Xalid Ağaliyev - hüquqşünas
19- Xədicə İsmayıl - tanınmış jurnalist, araşdırmaçı
20- İkram İsrafil - sabiq millət vəkili
21- İqbal Ağazadə - “Ümid” partiyasının sədri
22- İntiqam Əliyev - Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri
23- İsa Qəmbər - Milli Strateji Düşüncə Mərkəzinin sədri
24- Kamran Mahmudov - müstəqil jurnalist
25¬- Qadir İbrahimli - iqtisadi icmalçı, jurnalist
26- Qubad İbadoğlu - İctimai Təşəbbüslər Mərkəzinin sədri
27- Leyla Əliyeva - politoloq-alim
28- Mehman Əliyev - “Turan” informasiya agentliyinin direktoru
29- Mehriban Vəzir - yazıçı-publisist
30- Mirvari Qəhrəmanlı - "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İB rəhbəri
31- Mürtəza Bünyadlı - jurnalist-publisist
32- Namizəd Səfərov - ictimai-siyasi xadim, vəkil
33- Natiq Cəfərli - iqtisadçı-ekspert
34- Nemət Əliyev - iqtisadçı ekspert, analitk
35- Niyazi Mehdi - professor, filosof
36- Novella Cəfəroğlu - Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri
37¬- Pənah Hüseyn - sabiq baş nazir
38- Rəsul Cəfərov - İnsan Hüquqları Klubunun sədri
39- Rəşid Hacılı - Media Hüququ İnstitutunun rəhbəri
40- Rövşən Əhmədli - Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri
41. Ruslan İzzətli - D-18 hərəkatının başqanı
42. Samir Əsədli – VHP Mərkəzi İcra Aparatının rəhbəri
43. Samir Kazımlı - hüquq müdafiəçisi, jurnalist
44. Sevil Yüzbaşeva - Eko-Aləm İB-nin sədri
45. Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri
46. Şahin Rzayev - tanınmış jurnalist
47. Şahvələd Çobanoğlu - tanınmış jurnalist, publisist
48. Tofiq Türkel - jurnalist, siyasi analitik
49. Tural Abbaslı - “Ağ partiya” başqanı
50. Turqut Qəmbər - NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü
51. Vahid Məhərrəmov - Economic Research Center qurumunun eksperti
52. Vidadi Mirkamal - ictimai-siyasi xadim, ədliyyə generalı
53. Yadigar Sadıqov - Musavat partiyası başqanının müşaviri
54. Zamin Hacı - tanınmış jurnalist
55. Zaur Əkbər - Gənclərin Atlantik Assosiasiyasının rəhbəri
56. Zərdüşt Əlizadə - siyasi analitik, politoloq
57. Zöhrab İsmayıl - Azad İqtisadiyyata Yardım İB-nin rəhbəri