Tarix : 2017 Apr 03
Kod 51456

Rusiya Rəsmisi Riçard Haqlendin çıxışına reaksiya verib

Mariya Zaxarova : "Azərbaycan və Ermənistan XİN Rehbərlərinin qarşıdakı Moskva görüşündən xəbərsiziq"
Arannews- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı Moskva görüşündən xəbərsiz olduğunu bildirib.
Mariya Zaxarova özünün həftəlik brifinqində deyib ki, Moskvanın Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Edvard Nalbandyanın qarşıdakı Moskva görüşündən xəbəri yoxdur.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Haqlend çərşənbə axşamı günü İrəvanda keçirdiyi mətbuat konfransında demişdi ki, onun Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Eduard Nalbandyan ilə növbəti görüşü Moskvada keçiriləcək.
Haqlendin sözlərinə görə, həmin görüş Azərbaycan Respublikası və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın müzakirələri üçün proqramlaşdırma hədəfilə keçiriləcək.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bu görüşün dəqiq vaxtına işarə etmədən deyib ki, həmin iclas aprel ayına planlaşdırılıbdır.


  • Yazılıb
  • da (də) 2017 Apr 03
  • Göndərən مدير سايت Aran News