Tarix : 2017 Apr 03
Kod 51457

Azərbaycanda Etiraz Aksiyasi Keçiriləcək

aksiya “Talana yox!”, “Korrupsiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçiriləcək.
Arannews- Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) aprelin 9-da sosial tələblərlə mitinq təyin edib. 
Bu barədə DQMŞ Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli bildirib.
Aksiyanın Yasamal rayonunda “Məhsul” stadionunda keçirilməsi planlaşdırılıb.
Ə.Kərimli qeyd edib ki, aksiya “Talana yox!”, “Korrupsiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçiriləcək.
O, vətəndaşları mitinqdə fəal iştiraka çağırıb.


  • Yazılıb
  • da (də) 2017 Apr 03
  • Göndərən مدير سايت Aran News