Tarix : 2017 Apr 04
Kod 51461

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi Azərbaycan və Ermənistanın siyasi iradəsindən asılıdır

Bir neçə məsələ qalıb, baxmayaraq ki, onlar ən mürəkkəb məsələlərdən biridir. Lakin aydındır ki,...
Arannews- Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi Azərbaycan və Ermənistanın siyasi iradəsi və onların qarşılıqlı kompromisli qərarlar qəbul etmə hazırlığından asılıdır:
 “Bir çox şey haqda razılığa gəlmək olur: Bir neçə məsələ qalıb, baxmayaraq ki, onlar ən mürəkkəb məsələlərdən biridir. Lakin aydındır ki, işlərin nəticələri tərəflərin özlərinin siyasi iradəsindən, onların uyğunlaşma göstərərək, kompromisli qərar qəbul etmək hazırlığından asılıdır.”
Rusiyalı nazir qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin aktiv iştirakçısı olaraq qalmaqdadır.


  • Yazılıb
  • da (də) 2017 Apr 04
  • Göndərən مدير سايت Aran News