Arannews- Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” prosesində insident baş verib.insidentə səbəb şahidin təqirləndirilən şəxsləri təhqir etməsi olub. Belə ki, prosesdə iştirak edənlərin sözlərinə görə, insidentin baş verməsinə Gəncə şəhər Polis İdarəsinin əməkdaşı Rasim Qurbanov şərait yaradıb.
Bundan sonra hakim məhkəmə iştirakçılarını zaldan çıxarıb və prosesi təxirə salıb.
Təqsirləndirilənlərin 8 vəkili baş verənlərlə bağlı məhkəməyə etirazlarını bildiriblər.