Arannews- Rusiya səhiyyə naziri Veronika Skvortsova Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
nazir bildirib ki, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.
O da məlum olub ki, yaralananlardan iki nəfər xəstəxanada keçinib. Mariinskaya xəstəxanasından verilən məlumata görə, partlayış nəticəsində yaralanan 11 nəfərdən ikisi kliniki ölüm keçirib: "Kliniki ölüm vəziyyətində olanlar keçinib. İki nəfər hazırda əməliyyatdadır, qalanları isə müxtəlif şöbələrə yerləşdirilib".