Bəhram Qasemi: Hədəf və məqsədindən asılı olmayaraq günahsız insanıarı qırğın etmək və gərginlik yaratmaq qəbuledilməz bir hərəkətdir.
Arannews- İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın Sankt Peterburq şəhərində törədilən terror aktını qınayaraq, Rusiya dövləti və xalqının kədərini bölüşüb.Bəhram Qasemi deyib: Hədəf və məqsədindən asılı olmayaraq günahsız insanıarı qırğın etmək və gərginlik yaratmaq qəbuledilməz bir hərəkətdir.
İranın XİN sözçüsü İran İslam Respublikasının terrorizm ilə ciddi mübarizənin aparılması üçün daim dünya ictimaiyyətinin birgə əməkdaşlığına təkid etdiyini xatırladıb və deyib: Bütün ölkələr və beynəlxalq təşkilatların terrorizm ilə mübarizədə ciddi iradə nümayiş etdirməsi lazımdır.
Bazar ertəsi günü Rusiyanın Sankt Peterburq şəhərində, Texnologiya Universiteti metro stansiyasında törədilən terror aktında 10 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.