Tarix : 2017 Apr 05
Kod 51467

Asim Mollazadə: "Ermənistanda heç bir dəyişiklik baş verməyəcək"

Ermənistanda dəyişiklik baş verməyəcək və Moskvanın İrəvan üzərində təsiri daha da artacaq.
Arannews- Baş tutan seçkidən sonra Ermənistanda heç bir dəyişiklik baş verməyəcək.
Bu sözləri Azərbaycan Respublikasının deputati Asim Mollazadə deyib. 
Onun sözlərinə görə, hərbi xunta hakimiyyətini yeni formada davam etdirəcək:
 “Ona görə də baş tutan seçkidən sonra Ermənistanda heç bir dəyişiklik baş verməyəcək. Bundan sonra Moskvanın İrəvan üzərində təsiri daha da artacaq. Yəni müstəqil ölkə olmayan Ermənistanda antirusiya meyillərinin qarşısı alınacaq”.
Asim Mollazadə onu da bildirib ki, Ermənistan yenə də Qarabağ danışıqlar prosesinin imitasiyası ilə məşğul olacaq.
Qeyd edək ki, aprelin 2-də Ermənistanda keçirilən parlament seçkisində 5 siyasi partiya və 4 seçki bloku iştirak edib. Ermənistan MSK-sının elan etdiyi son nəticəyə görə, parlament seçkilərində Respublika Partiyası (49,12%), Çarukyan bloku (27,32%), Yelk bloku (7,77%) və Daşnaksütyun Partiyası (6,57%) keçib.

 


  • Yazılıb
  • da (də) 2017 Apr 05
  • Göndərən مدير سايت Aran News