Tarix : 2017 Apr 05
Kod 51470

İşğalçı Rejimin nümayəndə heyəti Bakıdadır

qaniçən və adam oldurən rejim Azərbaycan ilə əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsində maraqlıdır.
Arannews- sionisti rejimin Xarici İşlər Nazirliyinin siyasi məsələlər idarəsinin rəisi və onu müşayiət edən heyət Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşüb.
Xələf Xələfov bu görüşdə Azərbaycan – sionist rejimi əlaqələrindən razılıq edərək, ikitərəfli əlaqələrin genişləndirilməsində danışıqların önəminə təkid edib.
Daha sonra sionisti rejimin baş naziri Benyamin Netanyahunun 2016-cı ildə Azərbaycana olan səfərinə işarə edən Xələfov deyib: Bu səfər ikitərəfli əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərməklə yanaşı, iqtisadi, mədəni və hərbi əməkdaşlıqlar üçün də bir çox fürsətlər yaratmış oldu. 
Xələf Xələfov əlavə edib: Hərbi-texniki əməkdaşlıqlar bundan sonra da davam edəcək. 
Alon Oşpiz də bu görüşdə sionist rejimi və Azərbaycan əlaqələrini strateji əlaqələrdən daha yüksək əlaqələr adlandırıb və bu əlaqələri iki tərəfin enerji, təhlükəsizlik, ictimai və siyasi əməkdaşlıqların nəticəsi adlandırıb. 
Oşpiz həmçinin, sionisti rejimin Azərbaycan ilə əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.


  • Yazılıb
  • da (də) 2017 Apr 05
  • Göndərən مدير سايت Aran News