saxlanılan şəxslər 2015-ci ilin noyabrından Sankt-Peterburqda yaşayan orta asiyalıları “Cəbhat ən-Nüsra” və İŞİD kimi terror təşkilatlarına cəlb etməklə məşğul olublar.
Arannews- Sankt-Peterburqda terrora yardım fəaliyyəti ilə əlaqədar 6 nəfər orta asiyalı saxlanılıb.bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Əməliyyatda polis, Federal Təhlükəsizlik Xidməti və Rusiya Milli Qvardiyasının xüsusi bölmələri iştirak edib.
Bildirilir ki, şübhəli şəxslər 2015-ci ilin noyabrından Sankt-Peterburqda yaşayan orta asiyalıları “Cəbhat ən-Nüsra” və İŞİD kimi terror təşkilatlarına cəlb etməklə məşğul olublar. Hazırda onların yaşadığı evlərdə axtarış aparılır.