Xəbər Lenti

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO

Nemət Pənahlı azadlığa çıxdı

Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə

Əl-Husi: ABŞ-ın sülh çağırışları gözdən pərdə asmaqdır

İraq rəsmisi:"Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

"Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir"- Türkiyə rəsmisi

Həmsədrlər Azərbaycan-R və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Avropa Məhkəməsi Əvəz Zeynalı ilə bağlı şikayəti araşdırır

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi - FOTO

Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

Seyid Həsən Nəsrullah: “Kaşıkçının ölümündən şok olan dünya, Yəmənə biganədir

“Həşdi-Şaabi”: İraq-Suriya sərhədlərində bütün gücümüzlə varıq

Yəməndə son 48 saata 180 səudiyyəli əsgər məhv edilib

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Respublikasından olan vətənpərvər bir gənc Gürcüstanda həbs olunub

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar” Featured

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması

Səud qəbiləsi və sionist rejimi arasında gizli hərbi əməkdaşlıq

Yəmənin müdafiə naziri: Təcavüzkarlar qərb sahilində məğlubiyyətə uğrayıblar

Mirtağı Əsədov Azərbaycanda saxlanıb

Ərdoğan: "Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir"

Bakı beynəlxalq qətnamələrin pozulmasının təsirləri barədə xəbərdarlıq edib

Azərbaycanlı vətənpərvər gənc Facebook da yazdığı statusa görə həbs edildi

Gürcüstan Müsəlmanları İdarəsi son 5 ilin hesabatını təqdim etdi

ABŞ generalı Əfqanıstandakı Azərbaycan sülhməramlıları barədə danışıb

İnanclı məhbus Xalid Kazımov: Aclıq aksiyasına başlayacam

İctimai fəallar Britaniyanın Ərəbistana silah satışını dayandırmasını istəyirlər

Yəmən ordusu Ərəbistan muzdlularının mövqeyinə raket zərbəsi endirib

Nazir: Müasir İpək yolunun bərpasında Azərbaycan, Türkiyə və Türkmənistanın üzərinə böyük məsuliyyət düşür

İŞİD və YPG Deyr əz-Zorda toqquşdu

Azərbaycan-R XİN Norveçin Bakıdakı səfirliyini bağlamasına münasibət bildirib

Jurnalist İlkin Məmmədli sərbəst buraxılıb

Məhkəmə Zamirə Hacıyeva haqqında qərar verdi

ABŞ-da barda atışma nəticəsində 12 nəfər ölüb, İranda isə bar olmadığı üçün

Arxiv
 
Tarix : 2017 apr 08     |     Kod : 51475

Həqiqətpur: Biz onları xilas etməsəydik, Ermənistan Bakını da işğal edəcəkdi

biz onları xilas etdik. Əgər biz kömək etməsəydik Ermənistan Bakını da alırdı.

AranNews – Qarabağ müharibəsi və ermənilərin bu ərazini işğal etməsi Qafqazın ən önəmli məsələləri və gündəmdə dayanan mövzusudur. Bu arada Qarabağ müharibəsində İran İslam Respublikasının müsbət rolu və Azərbaycan Respublikasının müsəlman xalqına müxtəlif sahələrdə xidmətlərindən, o cümlədən hərbi yardımlarıdan indiyə kimi çox az danışılmışdır. Sözsüz ki, mövzunun həssas olması İranın müsbət rolunun və xidmətlərinin görməməzliyə vurulmasına, yaxud da gizli saxlanılmasına səbəb olan amillərdən biridir.
Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası xalqına diqqəti çəkən səviyyədə xidmətlər göstərən tanınmış və məlumatlı şəxsiyyətlərdən biri kimi İranın Bakıda hərbi müşaviri və mərhum Heydər Əliyevin hərbi müşaviri doktor Mənsur Həqiqətpurun adını çəkmək olar.  
O, Ərdəbil əyalətinin valisi, Ərdəbil əyaləti əhalisinin İslami Şura Məclisində nümayəndəsi kimi vəzifələrdə çalışmışdır. M. Həqiqətpur hal-hazırda İslami Şura Məclisində milli təhlükəsizlik müşaviri vəzifəsini icra edir. İndi isə oxucularımıza İranın tanınmış hərbçisinin Qarabağ müharibəsi həqiqətləri və İran İslam Respublikasının bu müharibədə Azərbaycan Respublikasına köməkləri barədə maraqlı müsahibəsini təqdim edirik:
- Söhbətimizi Qafqazı İrandan ayıran Türkmənçay müqaviləsinin imzalandığı zamanda İran və regionun durumu ilə bağlı sualla başlayaq. Zəhmət olmasa, bu müqavilənin bağlanması və Qafqazın İrandan ayrılmasının səbəblərini izah edin.
-  Türkmənçay müqaviləsi elə bir zamanda imzalanmışdır ki, həmin dövrdə İran hökumətinin başında ifrat ləyaqətsizlik dayanırdı. O dövrdə dünya sürətlə irəliləyir və ölkələr özlərini gücləndirirdi. Müharibələrdə yeni bilgi, taktika və texnologiyadan istifadə edilirdi. İran hökumətinin “İran xalqı” və “xalqı hərəkətə gətirə biləcək alimlərin varlığı” kimi güclü potensiallarının olmasına baxmayaraq idarəçilikdə ləyaqətsizlik göstərən dövlət Cənubi Qafqaz müharibələrində Abbas Mirzəni lazımınca dəstəkləyə bilmədi. Ona görə də Qafqazı İrandan ayıran iki rüsvayçı müqavilənin şahidi olduq. Qacarlar hökumətinin lazımi müdrikliyi yox idi və rusların tədbirləri qarşısında zəif əməl göstərirdilər. Müdriksizliyinin nəticəsi də bu iki müqavilədir ki, onların imzalandığına görə neçə əsr həsrətlə yaşamalıyıq. Mən bunun əsas səbəbini idarəçilik və rəhbərlik amillərində görürəm.
- Rus çarlığının devrilməsindən sonra Qafqaz, Naxçıvan və digər şəhərlərdə yenidən İrana birləşmək üçün qiyamlar baş verdi və Lenin hakimiyyətə gəldikdən sonra Rusiyanın İranla bağladığı müqavilələrini birtərəfli olaraq ləğv etdiyini bildirdi. Qacarların hökumətinin sonlarına təsadüf edən bu dövrdə İran yaranmış şəraitdən istifadə edərək işğal edilmiş ərazilərini qaytara bilməzdimi?
- Bəli, mən də bu qiyamların olmasını təsdiq edirəm. Həm Şeyx Şamil Dağıstaninin, həm də Şeyx Mənsurun qiyamları baş vermişdir. Hər iki qiyam həm Şimali Qafqazda, həm də Cənubi Qafqazda bir sıra hərəkatların yaranmasına səbəb oldu. Bu hərəkatların məğzi rusların hakimiyyətinə qarşı olmuşdur.
Qeyd edilməsi mühüm məsələ budur ki, bu hərəkatlar indi də mövcuddur. Əgər xalqın, əsasən də Cənubi Qafqaz əhalisinin üzərindən zor və təzyiq kölgəsini götürsələr, bu regionun xalqının baxışı İrana tərəfdir.
Qacarlar hökumətinin Qafqazı İrana qaytarmaq istəyi yox idi. Qacarlar Qafqazın torpaqlarının şoran olduğunu deyərək bu ərazinin bizim dərdimizə dəyməməsini bəhanə gətirdilər və bu məntəqədən əl çəkdilər. O vaxt (rus çarlığının dağıldığı və rus hökumətinə qarşı qiyamlar baş verdiyi zaman) gərək deyəydilər ki, yenidən Qafqazın suyu şirin, torpağı münbit olub və gedək yenidən Qafqazı geri alaq! Ancaq bacarıqsız Qacarlar helə bir hərəkətə icazə vermirdilər.
- Bəs, Sovetlər Birliyinin parçalanmasından sonra necə? İranın Qafqaza daxil olması və bu əraziləri qaytarmağa iddia etməsi, yaxud bunun üçün cərəyanlar yaratması mümkün deyildimi? Yaxud Qafqazda, xüsusilə də Bakıda yaranmış və İrana ilhaq olmaq ardınca olan cərəyanları dəstəkləyə bilməzdimi?
- Hazırkı dövrdə şərait Qacarlar dövrü ilə müqayisədə çox dəyişmişdir. İndi bu formada siyasi güc dəyişikliyi təsəvvür edilməzdir. Əgər Qafqaz xalqları arasında İrana qayıtmaq istəyi varsa, bu istək müqəddəs və hörmətə layiqdir. Ancaq bir məntəqəni geri almaq üçün iddia hal-hazırda beynəlxalq səviyyədə məqbul deyildir.
- Rövşən Cavadov kimi şəxslər dəstəklənibmi?
- Rövşən Cavadov mənim dostum idi. Biz uzun müddət birlikdə Qarabağda döyüşdük. Digər tərəfdən İran üçün lazımi sərbəstlik yaranmadı. Bizim üçün daim problem və əngəl yaradırdılar. Biz beynəlxalq səviyyədə öz maraqlarımızı qorumağa çalışırdıq ki, problemlə üzləşməyək. Bununla yanaşı bizim qarşıda geniş imkanlarımız vardır.
- Sovetlər Birliyi parçalandıqda İrandan hansısa səhlənkarlıq olubmu?
- Xeyr. Mən səhlənkarlıq olduğunu demirəm. Baxın, SSRİ-nin parçalanması ilə eyni zamanda Qafqaz regionu böhranla üzləşdi və istiqlal uğrunda müharibələr başladı. Ona görə də o zamanda yeni məsələlər ortaya atmaq olmazdı.
Biz ortaq mədəniyyəti təşkil edən; ortaq dil, ortaq tarix, ortaq inanc, ortaq başlanğıc və s. komponentlərin ardınca olmalıyıq. Bu şəkildə əməl etsək biz və Qafqaz mədəni baxımdan birləşirik.
Amma Türkiyənin Qafqazda etdiyi işlər bütünlüklə sünidir. Türkiyə Azərbaycan xalqının dostu deyil.
- Fars dili necə? Fars dilini İran və Qafqaz arasında ortaq komponent bilmək olarmı?
- Bəli, onlar öz əsillərinə qayıtsalar, fars dili Qafqaz mədəniyyətində önəmli bir amildir. Xüsusilə də ədəbiyyat və tarixi kətibələrində. Qafqazda fars dilinin məhv edilməsi məsələsi üzərində işləmək lazımdır. Doğrusu, fars dilinin məhv edilməsi siyasətlərinə baxmayaraq Qafqazın bir çox coğrafi adları hələ də farscadır. Məsələn, Bakı əslində Badkubə olmuşdur. Yaxud Nardaran Ənardaran, Abşeron Abşoran olmuşdur. Ruslar bu əraziləri işğal etdikdən sonra fars dilində olan kitabları yandırmaları hərəkatı üzərində tədqiq aparılmalıdır. Əlbəttə, fars dilini tamamilə sıradan çıxara bilmədilər. Fars dilində olan bir çox kətibələr hələ də mövcuddur. Kətibələri məhv etmək olarmı? Düzdür ki, Nizami Gəncəvinin farsca şerləri yazılmış kətibələri dəyişdilər, amma bununla belə məscidlərdə və tarixi məkanlarda tarixi kətibələr hamısı farscadır.   
- Qayıdaq Sovetlər Birliyinin parçalandığı və Azərbaycan Respublikasının rəsmi olaraq təşkil olunduğu dövrə. Rəsulzadənin dövründə Azərbaycan Respublikası rəsmi surətdə tanınmadı və İran o dövrdə Arazın şimal hissəsində Azərbaycan adını rəsmi olaraq tanımamışdı. Necə oldu ki, cənab Haşiminin dövründə Arazın şimal hissəsində Azərbaycan adı rəsmi olaraq tanıdı? Keçmişdə Xarici İşlər Nazirliyində və mətbuatda Aranın Azərbaycan adlanmasına etiraz etdiyimiz, Aran və Şirvanın Azərbaycan adlandırılmasının pərdəsi arxasında nələr gizləndiyini bildiyimiz halda nə üçün bu ölkəni həmin adla rəsmi surətdə tanıdıq?
- Bu məsələnin dəqiq səbəbini bilmirəm. Hər yerdə də bildirmişəm ki, tarixi baxımdan Arazın şimal hissəsində Azərbaycan adlı ərazi olmayıb. Azərbaycan, Arazın cənub sahilindədir. Arazın şimalında Aran və Şirvan xanlıqları olub. Əlbəttə, SSRİ zamanında da həmin ərazilər üçün bu qondarma addan istifadə edirdilər. Belə düşünürəm ki, İranın mehriban baxışı səbəb oldu ki, təzə müstəqillik qazanmış, böhran və Ermənistanla müharibə ilə üzləşmiş –biz də bu müharibədə Azərbaycan Respublikasına kömək etdik– bir ölkə ilə ad üzərində söz-söhbətə qalxmasın. Mənim fikrimcə, həmin dövrdə bizim ad məsələsinə görə israrımız baş tutmayan bir iş idi. Əlbəttə, mövzunun xırdalıqlarını və detallarını bilmirəm. Bunu həmin dövrdə hakimiyyətdə olmuş dövlət xadimlərindən soruşmaq lazımdır.
- Hər halda siz həmin dövrdə hərbi müşavir idiniz və dövlət işində çalışırdınız. Sonralar da Milli Təhlükəsizlik Komissiyasında mühüm yer tuturdunuz. Dünyada buna oxşar təcrübələr də vardır. Şəkilçi, önlük yaxud hansısa bir qeydlə bu iddianı həyata keçirmək olardı.
- Biz nə deməli idik? Deyəydik ki, adınızı dəyişin, sonra sizi rəsmi olaraq tanıyaq?
- Yunanıstanın Makedoniya ilə etdiyi hərəkəti (etmək olardı).
- İndi Makedoniya rəsmi olaraq tanınmırmı?
- Bəli, Avropa Birliyinə üzv ola bilmədi. Bunun əsas səbəblərindən biri də Yunanıstanın bu məsələ ilə razılaşmamasıdır. Yunanıstan və Makedoniyanın İran və Azərbaycan Respublikası ilə oxşar vəziyyəti vardır. Makedoniya əsas və böyük ölkənin tarix və mədəniyyətini müsadirə etməyə cəhd edir. Təzə müstəqillik qazandığı üçün dünyada özünə etibar qazanmaq ardıncadır. Yunanıstan da bizim kimi bu məsələdən qəzəblidir.
SSRİ-nin parçalanmasından sonra və Cənubi Qafqazda müharibə zamanında İran-Azərbaycan Respublikası münasibətləri haqqında danışmanızı xahiş edirik.
- İran, Azərbaycan Respublikasını himayə etdi. Mən, Heydər Əliyevin hərbi müşaviri idim. Hərbi məlumatları Heydər Əliyevə çatdırırdım. Dəfələrlə mənə dedi ki, siz Aşuraçı ordunuzu gətirib Qarabağı alın. Ermənilərin əlində olmaqdansa İranın nəzarətində olması yaxşıdır.
Mənə deyirdi ki, nə üçün Bakıda şiələrin sorağına gedirsiniz? Mən həm Heydərəm, həm də Əliyəm. İkiqat şiəyəm.
- Yəni, Heydər Əliyev rəsmi surətdə deyirdi ki, İran gəlib Qarabağı alsın?
- O, bunu sözdə deyirdi. Mən də özümün bir hərbçi olduğumu bildirib deyirdim ki, bu sözü yazın, aparım Tehranda dövlət başçılarına. Ancaq Əliyev bunu yazmırdı və bizim əlimizə sənəd vermək istəmirdi.
- Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına köməkləri hansı səviyyədə olmuşdur?
- Bəli, biz onları xilas etdik. Əgər biz kömək etməsəydik Ermənistan Bakını da alırdı.
- Zahirən, Azərbaycan hələ də İranın Qarabağ müharibəsində onlara verdiyi silah-sursata görə İrana borcu vardır?
- Bəli, elədir. İndi də İrana 30 milyon dollar borcludur. Ancaq İran çox böyüklük göstərərək heç vaxt bu məsələni üzə çıxarmamışdır. Türkiyə olsaydı, indi ya pulun özünü almışdı, ya da onun qarşılığında on qat əvəzi olan imtiyaz almışdı.
- Azərbaycanda xalqın tarix yaddaşı necədir? Qarabağ müharibəsində hərbi iştirakı unudublarmı?
- Mən “Azərbaycanlı sərdar” adlı iki dəqiqəlik klip yayımladım. Bu klip Qarabağ müharibəsində iranlı müşavirlərin iştirakını göstərirdi. İki min dəqiqəlik filmdən yalnız iki dəqiqəsini yaydım. Bakıda oturub İranın ali dövlətinə qarşı mənfi təbliğat aparanların nə özləri, nə də ailə üzvlərindən heç biri müharibədə iştirak etməyib. Amma mənim maşınım Qarabağ müharibəsində minaya düşdü və tikə-tikə oldu. Biz Bakıda 6500 nəfər qüvvəyə təlim verdik. O günlər əsgərləri Bakının küçələrində sıraya düzürdüm. Bakı əhalisi bunun şahididir.
- Yaxşı, İranın bu müşavir yardımı və hərbi təlimlər verməsi onun iki qonşu ölkə arasındakı müharibədə bitərəfliyini pozmaq deyildimi?
- Biz bitərəf deyildik. Biz Azərbaycanın bu əraziləri işğaldan geri almasını, bundan sonra iki ölkə arasında sülh yaratmaq istəyirdik.
- İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra belə nəzərə gəlir ki, Heydər Əliyevin icra etdiyi siyasət də kənara qoyulub. İlham Əliyevin İsrail ilə münasibət qurması artıq balans həddini aşıb və İrana qarşı düşmənlik formasına düşüb. Sizin fikrinizcə, bizim Azərbaycanla münasibətlərimiz necə olmalıdır?
- Cənab İlham Əliyevin dostu düşməndən ayırd etmək bacarığı yoxdur və İranın kömək edə bilməsinə inanmır. Biz iki min km. uzaqda Suriyaya kömək edirik, İraqa kömək etdik. Bu məsələlər İlham Əliyev üçün inam yaratmayıb. Çünki inam yaratsaydı başa düşərdi ki, regionda ona kömək edə bilən ən yaxşı ölkə İrandır və İrana arxalanmaq olar.
- Hələ də Azərbaycan Respublikasının bir sıra həyati məsələləri, o cümlədən Naxçıvanın Bakı ilə əlaqəsi, İran ərazisi vasitəsilə baş tutur. Doğrudan da Azərbaycan İranın onun “siyasi həyatında” əsas rol oynadığını anlamırmı?
- Mənə elə gəlir ki, onlar bunu başa düşmür. Ona görə də bizimlə ciddi iqtisadi, siyasi və mədəni münasibətlər qurmayacaqlar.
Onlar İsrailə və Minsk qrupuna ümid edirlər. Elə düşünürlər ki, qərb Qarabağı onlara qaytara bilər. Halbuki, bu səhv bir hesablamadır. Qərb, Azərbaycan üçün belə bir işi etməyəcək.
- İranın Azərbaycana çoxlu dəstəklərinə baxmayaraq nə üçün onlar tərəfdən İran əleyhinə təbliğatlar olunur?
- Bu məsələ Azərbaycan dövlətinin və rəsmilərinin qədirbilməməzliyidir. Əgər İran mənim vasitəmlə mina və silahla dolu o təyyarəni Rövşən Cavadova verməsəydi, ermənilər digər rayonları da işğal edəcəkdilər.
Əgər İran (Qızıl Aypara Cəmiyyəti) mənim vasitəmlə 100 min nəfər Qarabağ köçkününü İmişlidə məskunlaşdırmasaydı, onları su və qida maddələri ilə təmin etməsəydi, onlar üçün təhlükəsizlik yaratmasaydı, həmin köçkünlər gedib prezident sarayını Heydər Əliyevin başına çevirərdilər.
İndi İran əleyhinə dünya azərbaycanlıları konqresi təşkil edirlər. Ərazisinin dörddə birini itirmiş bir dövlət.
- Son sual olaraq müharibə köçkünlərinə və İmişli düşərgəsinə yardımlar haqqında bir az ətraflı danışmanızı xahiş edirik.
- Qarabağda yaranmış vəziyyətə diqqət etməklə, bu köçkünlərin çoxunun bizim ərazimizə üz tutmaları gözlənilirdi. İran münasib tədbir gördü. Bu tədbirə əsasən, Qızıl Aypara Cəmiyyəti sərhəd nöqtəsi olan İmişli adlı rayonda köçkünlər üçün düşərgə hazırlamalı, onları həmin düşərgədə yerləşdirməli, həyat və təlim-tərbiyə üçün lazım olan hər bir şəraiti onlar üçün yaratmalı idi.
Düşərgəyə su və işıq xətti çəkmək, qida və çadırla təmin etmək xərclərini də İran öhdəsinə almışdı. Qeyd olunan yardımlar o vaxt müharibə köçkünlərini qəbul etməyə gücü çatmayan Bakı üçün çox həyati bir məsələ idi. Bizim üçün də bu önəmli idi ki, köçkünlərə kömək edək və onların hər tərəfə dağılışmasının qarşısını alaq.
Mənbə: Vətən yolu jurnalı




Yazılıb da (də)   2017 apr 08  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin