Tarix : 2017 Apr 08
Kod 51478

Gürcüstanda “Halal” kəsimə nəzarət komissiyası yaradıldı

Tbilisi Cümə məscidinin iclas zalında Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində “Halal” kəsimə nəzarət qrupu və digər din xadimlərinin iştirakı ilə toplantı keçirildi.
Arannews-İslamazeri.com xəbər verir ki, bu gün Tbilisi Cümə məscidinin iclas zalında Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində “Halal” kəsimə nəzarət qrupu və digər din xadimlərinin iştirakı ilə toplantı keçirilib.
Toplantıda İdarənin bir neçə yerli və xarici şirkətlərlə “Halal” sertifikatın verilməsi və bağlanan müqavilə və razılaşmaların şərtləri haqda məlumat verilib. Eyni zamanda Cəfəri və Hənəfi fiqhinə görə dini şəriət qaydaları əsasında xırda və iri buynuzlu heyvanların və eləcədə quşların kəsim qaydaları barəsində danışılıb. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müfti Yasin Əliyev “Halal” kəsimə nəzarət etmək məqsədi ilə yaradılan komissiyanın fəaliyyəti barəsində məlumat verib, bu məsuliyyətli iş haqda din xadimlərinin olduqca diqqətli olmasını və yoxlama apararaq nəzarətlərini daha da gücləndirmələrini tapşırdılar. Sonra Halal sertifikatın verildiyi müəssisələrin iş rejimi halında din xadimləri tərəfindən çəkilən video çarxlar nümayiş edilib.


  • Yazılıb
  • da (də) 2017 Apr 08
  • Göndərən مدير سايت Aran News