ARANNEWS- Dünən Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqi olub.
Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri İlham Hüseyn, AXCP sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nürəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, Milli Şuranın sədri Cəmin Həsənli çıxış ediblər.
Sonda mitinqin qətnaməsi oxunub.
Mitinq Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılıb və saat 15-dən 17-dək davam edib.
Mitiqin şüarı “Talana son, monarxiyaya yox, siyasi məhbuslara azadlıq” olub.