Şirvan Apellyasiya Məhkəməsi Şeyx Sərdar Hacıhəsənlinin barəsində öncəki qərarı qüvvədə saxladı və Şeyx Sərdarın həbsdə qalmasına qərar verdi.
ARANNEWS- Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maidə.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin barəsində öncəki qərarı qüvvədə saxladı və Şeyx Sərdarın həbsdə qalmasına qərar verdi.Bu barədə vəkil Cavad Cavadov bildirib.
Qeyd edək ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayon icra başçısı tərəfindən şikayət olunaraq həbs edilib. Rayonun məscidində cümə namazı qıldığı üçün ruhanidən polisə şikayət edilib. Bu səbəbdən müsəlmanlar Şeyx Sərdarı "namaz məhbusu" adlandırırlar.