ARANNEWS- Ermənistanın əmək və sosial məsələlər naziri Artyom Asatryan respublikanın yeni hökumətinin tərkibinə daxil olmayacaq.bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr buna səbəb kimi A.Asatryanın rəhbərlik etdiyi nazirliyin departamentlərində maliyyə vəsaitlərindən sui-istifadə hallarının və korrupsiya qalmaqallarının olmasını, bəzi hallarda isə cinayət işlərinin açılmasını göstərib.
“Söhbət milyonlarla dollardan gedir”, - qəzet yazıb.