Tarix : 2017 Apr 10
Kod 51487

Türkiyənin adı dəyişilir

Türkiyə parlamentinin üzvü Türkiyə Cümhuriyyətinin adının yaxın gələcəkdə Anadolu Federal Dövlətinə dəyişəcəyini deyib.
Arannews- Türkiyə parlamentinin üzvü iddia edib ki, yaxın zamanda Türkiyənin adının dəyişdirilməsi barədə müzakirələrə start veriləcək.
Türkiyə parlamentinin üzvü Qaziantep şəhərinin millət vəkili Ümid Özdağ Türkiyə Cümhuriyyətinin adının yaxın gələcəkdə Anadolu Federal Dövlətinə dəyişəcəyini deyib.
Demokratik Koalisiyanın təşkil etdiyi iclasda çıxış edən millət vəkili deyib: Türkiyə yaxın zamanda bu mövzunun müzakirəsinə başlayacaq.
Ümid Özdağ bu xəbəri elan etmək üçün faktlar əldə etməyi gözlədiyini və indi həmin faktları əldə etmiş olduğunu deyib.
2017-ci il aprelin 16-da Türkiyə xalqı konstitusiyaya dəyişiklik üzrə referendumda iştirak edəcək.
Türkiyə dövlətinin müxalifləri və təhlilçilərə görə, hakim partiyanın bu təşəbbüsü prezidentin səlahiyyətlərinin artırılması istiqamətində və Türkiyədə demokratiyaya qarşı yönəlik hərəkətdir.


  • Yazılıb
  • da (də) 2017 Apr 10
  • Göndərən مدير سايت Aran News