Tarix : 2017 Apr 10
Kod 51489

Gürcüstan Prezidenti Osetiyada keçirilən prezident seçkilərinə Sərt Reaksiya verib

Georgi Marqvelaşvili seçkilərin bölgənin Rusiya tərkibinə qatılması yolunda atılan bir addım olduğunu bildirib.
Arannews- Qondarma Cənubi Osetiya Respublikasında keçirilən saxta prezident seçkilərinin nəticələrini tanımırıq və bölgənin adının “Alanya” olaraq dəyişdirilməsini qəbul etmirik.
bu sözləri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.
Dövlət başçısı saxta seçkilərin bölgənin Rusiya tərkibinə qatılması yolunda atılan bir addım olduğunu bildirib:
“Sözügedən təxribat ölkəmizin suverenliyinə qarşı yönəlib. Etnik təmizləmə nəticəsində bölgədə yaşayan əhalinin böyük bir qismi sürgün edilib. Bundan əlavə, Rusiya hərbi qüvvələrinin işğal etdiyi yerdə ifadə azadlığından danışmaq da mümkün deyil”.


  • Yazılıb
  • da (də) 2017 Apr 10
  • Göndərən مدير سايت Aran News