Tarix : 2017 Apr 12
Kod 51492

Dindarlara qarşı təzyiqlər davam edilir

məhkəmədə yalançı şahidlər dindarlara qarşı yalnış və saxta ithamlar vurublar.
Arannews- Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin yalnış ithamlarla cinayət işi üzrə saxta məhkəmə prosesi davam etdirilib.
hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əli Hüseynovun vəkili Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində yaranan problemlərlə bağlı onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
Sonra şahidlər ifadə verib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları-Emin Səfərov, Hətəm Əliyev və Elşən Camalov təqsirləndirilən Zülfüqar Mikayılovun saxlanılması epizodu üzrə ifadə veriblər. Yalançı E. Səfərov qeyd edib ki, Z. Mikayılov saxlanılan zaman üzərində silah olduğunu deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməyib: "Zülfüqar Mikayılovun evinə baxış zamanı ordan 2 qumbara, 2 qumbara alışdırıcısı tapılıb".
Z. Mikayılov isə şahidin ifadəsini təkzib edib və mənzilində qumbara olmadığını bildirib.
Proses aprelin 17-də davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsinə etdiyi hucum nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub və 4 qəsəbə sakini şəhid olub.


  • Yazılıb
  • da (də) 2017 Apr 12
  • Göndərən مدير سايت Aran News