Hacı Abgül Süleymanov və Hacı Mövsüm Səmədov haqsızlıqlara dözmüyüb öz azadlıqlarından keçdilər.
Arannews- Bu gün dünyanın bir çox yerlərində haqq sözü boğmağa çalışan bir qrup insanlar var.Hər dövrün özünün "yezidi" və "yezid"in batil üzün göstərən Huseyni var.
Alimlərimiz haqq söz deyirlər və "yezid" xislətli olanlar onların haqq sözlərin boğmaq üçün həbs edib zindanlara salırlar.
Məscid sökmək istədilər.
Məscid müdafiəsinə qalxan Hacı Abgül Süleymanov və Hacı Mövsüm Səmədov belə haqsızlıqlara dözmüyüb yatmış Huseynçiləri yuxudan durğuzmaq üçün öz azadlıqlarından keçdilər və daha sonra bir çox ruhanilərimiz və inanclı qardaşlarımız bu haqq yolda meydana atıldılar.
Bu yolda ilk şəhidimiz Hacı Vaqif zindanda şəhadətə yetişdi, Asim Məmmədovun meyidi dənizdə tapıldı, və daha nələr…….
Hacı Tale Bağırzada, Hacı Zülfüqar Mikayılzadə, Seyyid Elman, Kərbəlayi Elçin və bir çox ruhani qardaşlarımız haqqı dedikləri üçün, böyük zindandan kiçik zindana düşdülər.
Bu gün Hacı Cavad Məscidi sökülmək üzrədir. Gəlin əl-ələ verib hamımız birləşək, gəlin bütün müsəlmanlar birləşib məscid sökmək istəyənlərə səhv olduqların göstərək.
Məscid Allahın evidir və hər birimiz məscidə görə şəhadətə hazırıq.
Keçməyin qırmızı xətti.
Mən Azadlıq istəyirəm!
Seyyid Abdul Xaliq Ceferi.